Gəncədə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1xeber.media xəbər verir ki, "BMW X5" markalı minik avtomobili ilə "Hyundai Sonata" markalı minik avtomobili toqquşub.
Hadisə zamanı hər iki avtomobildən 1 sərnişin olmaqla 2 nəfər xəsarət alıb.
Hadisə ilə bağlı TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 08.02.2025-ci tarixində saat 13:10 radələrində 3 nəfər (1 qadın cinsli, 2 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Hazırda müayinə və müalicələri davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.