Laçın şəhərində yeni yarımstansiyanın tikintisinə çəkiləcək xərc açıqlanıb
Laçın şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi və avadanlıqların quraşdırılması işlərinə başlanılır.
Bu barədə 1xeber.media "Azərişıq" ASC-dən məlumat əldə edib.
Belə ki, qurum sözügedən işlərin icrasını “Smart Energy Services” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə uyğun olaraq, qeyd olunan işlərin icrası 5.250.804,33 manata başa gələcək.