Resurs və enerji bazarı üzrə müstəqil ekspert Vladimir Demidov hesab edir ki, Avropada qazın qiyməti iki əsas səbəbdən artıb.
1xeber.media xəbər verir ki, o, Lenta.ru ilə söhbətində onların adını çəkib.
Bundan əvvəl Avropada qazın birja qiymətləri son iki ildə ilk dəfə olaraq min kubmetr üçün 620 dolları ötüb. Bloomberg rekord qiymət artımı barədə məlumat verib.
Birincisi, qiymətlər şimal-şərqi Avropada soyuq hava ilə əlaqədar artıb, analitik bildirib. İkincisi, son beş ildəki orta göstərici ilə müqayisədə yeraltı anbarlarda qaz səviyyəsinin aşağı olması ilə əlaqədardır. Mütəxəssis izah edir ki, temperatur aşağı düşdükcə bu anbarlardan qazın çəkilmə sürəti artıb.