Moskva ilə Vaşinqton arasında münasibətlər pozulmaq ərəfəsindədir.
1xeber.media xəbər verir ki, bu barədə fevralın 10-da jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Sergey Ryabkov məlumat verib.
“Biz dəfələrlə demişik ki, onlar (Rusiya ilə ABŞ arasında münasibətlər – red.) qırılma həddində tarazlaşırlar”, - Ryabkov bildirib.
O, ABŞ-ın əvvəlki prezidenti Co Baydenin administrasiyasının hibrid müharibə yolunu seçdiyini və bunu bütün sənədlərinə daxil etdiyinə diqqət çəkib. Bundan əlavə, keçmiş Amerika liderinin komandası müxtəlif bloklardakı bütün tərəfdaşlarına Rusiyaya strateji məğlubiyyət verilə biləcəyi fikrini sırıyıb.