Suriya ordusu Livanla sərhəddə devrilmiş rejimin saxta əsginas çap etdiyi obyekti ələ keçirib.
1xeber.media apa-ya istinadla xəbər verir ki, Suriyada ordu sərhəddə qeyri-qanuni fəaliyyətlərin qarşısını almaq üçün Xüms şəhərinin Qusayr bölgəsində genişmiqyaslı əməliyyat keçirib.
Əməliyyat zamanı devrilmiş Əsəd rejimi üzvlərinin bölgədə müasir maşınlarla saxta xarici valyuta istehsal etdikləri obyekt müəyyən olunub