1xeber.media xəbər verir ki, Əsəd rejimi günü gündən zəifləməsi ilə dünya gündəminin diqqətindədir. Rəsmi məlumatlarda da qeyd olunur ki, İran bölgədən çəkildiyini ifadə edib. Amerika isə siyasi proseslərə müdaxilə etmədiyini açıqlayıb.
Əsəd rejiminə müxalif olan qüvvələr isə artıq bir çox iri şəhərlərdə idarəetməni tam ələ alıblar.
Əsədin Suriyadan qaçaraq İrana sığınma xəbəri isə təkzib edildi. İran tərəfi məlumatı yalan adlandırıraq Əsədin öz ölkəsində olduğunu dedi. Hətta bəzi siyasi şərhçilər isə öz açıqlamalarında Bəşər Əsədin Qəddafi kimi öldürüləcəyini bildirirlər.
Sosial şəbəkələrdə paylaşılan görüntülər isə onu deməyə əsas verir ki, Əsəd rejimi artıq fiyaskoya uğrayıb. Eyni zamanda Əsəd əsgərləri müxalif qüvvələrə qarşı müdafiə etdikləri Xüms şəhərindən qaçırlar. Müxaliflər isə Xüms şəhərinin əsas məhəllələrinə daxil olublar. Və bunu öz qalibiyyətləri kimi musiqi sədaları altında qeyd edirlər.