NATO-nun baş katibi Mark Rutte Ukraynanın alyansa daxil edilməsi ilə bağlı əvvəlki vədlərindən geri çəkilib.
1xeber.media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Vaşinqtonda keçirilən sammitdə NATO Ukraynaya üzvlük vəd etdi, lakin heç vaxt razılaşdırılmadı ki, danışıqlar başlayanda onlar Ukraynanın NATO-ya qoşulması ilə başa çatsın”, - deyə o, Şimali Atlantika Alyansının müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra bildirib.
Onun sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyü heç vaxt sülh sazişinin tərkib hissəsi kimi qəbul edilməyib. Bundan bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp birmənalı olaraq Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxış edərək, bu ideyanı “praktiki olmayan” adlandırmışdı.
Bundan əvvəl Mark Rutte bəyan etmişdi ki, Ukrayna NATO-dan əvvəl heç bir ölkə olmasa, 33-cü üzv olacaq. Lakin nəticə nə olursa olsun, onun alyansa üzvlüyü, onun fikrincə, gələcəkdə əvvəlcədən müəyyən edilib.