NATO-ya daxil olmaq üçün Ukrayna yüksək qiymət ödəməli, öz vətəndaşlarının həyatını və rifahını qurban verməli idi.
1xeber.media xəbər verir ki, bu fikri Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini və ölkənin NATO Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Yeqor Çernev səsləndirib.
“Bu üzvlük naminə biz vətəndaşlarımızın əzab-əziyyətindən keçməli olduq. Və əgər əvvəlcə buna nail olmaq mümkün olmasaydı, Qərb bizə belə vədlər verməməli idi”, - deyə Semafor portalı onun sözlərini sitat gətirir.
Bundan əlavə, Çernev vurğulayıb ki, Kiyev Pentaqonun rəhbəri Pit Heqsetin alyansa qoşulmağın mümkünsüzlüyü ilə bağlı bəyanatlarına təəssüflə baxır, Gazeta.Ru əlavə edir.