Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova AZAL-a məxsus təyyarənin qəzası fonunda Moskva ilə Bakı arasındakı münasibətləri sarsıtmaq istəyənlərin uğursuzluğa məhkum olduğunu bildirib.
"Çoxları bu hadisədən istifadə edərək Rusiya və Azərbaycan arasında münasibətləri pozmağa çalışır. Lakin bu cəhdlər nəticəsiz qalacaq", – deyə Zaxarova vurğulayıb.
O həmçinin Moskvanın Bakı ilə mövcud problemləri konstruktiv dialoq çərçivəsində həll etməyə hazır olduğunu qeyd edib.