Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın vitse-prezidenti Vens ilə görüşünü şərh edib.
1xeber.media xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazı dərc edib.
"Komandalarımız sənəd üzərində işləməyə davam edəcək", - deyə Ukrayna lideri ABŞ-ın təbii sərvətlərlə bağlı təklif etdiyi sazişi şərh edərkən qeyd edib.
Siyasətçilərin bir çox əsas məsələləri nəzərdən keçirdikləri vurğulanır. Zelenski qeyd edib ki, o, Ukraynada general Keyt Kelloqu növbəti görüşlər və “yerdə vəziyyətin daha dərindən qiymətləndirilməsi” üçün gözləyir.
Bundan əvvəl Ukrayna prezidenti ABŞ-ın vitse-prezidenti J.D.Venslə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan ilk görüşünü müsbət qiymətləndirib.