İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi bu gün ABŞ-yə gedəcək.
1xeber.media xəbər verir ki, bu barədə İsrail ordusunun X hesabında məlumat verilib.
Qeyd olunub ki, o, üç gün davam edəcək səfər çərçivəsində bəzi rəsmi şəxslərlə görüşəcək.
Görüşlər zamanı strateji və əməliyyat məsələləri müzakirə edəcək.
Bu dövrdə H.Halevini onun müavini general-mayor Əmir Baram əvəzləyəcək.