Tanınmış gürcü iş adamı Qoqi Topadze 85 yaşında dünyasını dəyişib.
1xeber.media xəbər verir ki, bu barədə Gürcüstan mediasının məlumatında deyilir.
Qeyd edilir ki, 1994-cü ildə Topadze “Kazbegi” pivə istehsalı şirkətini təsis edib.
2000-ci ildən Topadze şərabçılıq, pivə istehsalı, sərinləşdirici içkilər, siqaret, ağac emalı və restoran biznesi sahələrində bir neçə onlarla müəssisəni birləşdirən “ASC Kazbegi”nin prezidenti olub.
1997 və 1998-ci illərdə Topadze "İlin ən yaxşı iş adamı" adına layiq görülüb. 1996-2009-cu illərdə Gürcüstan Qış İdmanı Federasiyasının prezidenti olub. 1999-cu ildə Gürcüstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti seçilib.