"İsrail ABŞ-nin dəstəyi ilə Qəzza zolağındakı hədəflərinə çatacaq".
1xeber.media xəbər verir ki, bunu İsrail baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Netanyahu qeyd edib ki, hədəflər dedikdə girovların azad olunması və HƏMAS-ın məğlub edilməsini nəzərdə tutur.