Rusiya döyüş meydanında uğur qazanır, ona görə də ABŞ siyasi güzəştlərə getməyə hazırdır.
1xeber.media xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans bildirib.
Müdafiə departamenti rəhbərinin sözlərinə görə, Vaşinqtonun güzəştləri həm də “[Rusiya prezidenti Vladimir] Putinin hazırda [Ukrayna lideri Vladimir] Zelenskidən daha güclü mövqe tutmasının əksidir”. Brekelmans vurğulayıb ki, Qərb müttəfiqləri bu “sərt reallığı” etiraf etməlidirlər.