Avropanın iştirakı olmadan Ukraynadakı münaqişənin həlli üzrə danışıqların heç bir mənası yoxdur.
1xeber.media xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Sebastyan Fişer bildirib.
Agentliyin nümayəndəsinin sözlərinə görə, dondurulmuş Rusiya aktivlərinin əksəriyyəti Avropa ölkələrində yerləşir. Bundan əlavə, Avropa Ukraynanın əsas dəstəkçisidir və Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib. O, “Avropanın iştirakı olmadan Ukrayna üzrə sülh danışıqlarının heç bir mənası olmadığını” vurğulayıb.
“Bütün bu amillər vacibdir və bunu, eləcə də Avropanın iştirakının Ukraynanın özünün istəyi olduğunu nəzərə alsaq, biz, əlbəttə ki, danışıqlar masası arxasında olacağıq”, - deyə Fişer bildirib.
Bundan əvvəl Avropa Şurasının sədri Antonio Kosta bildirmişdi ki, Avropa münaqişənin həlli üçün danışıqlarda iştirak etməlidir, çünki o, yeni təhlükəsizlik arxitekturasının qurulmasında əsas aktora çevrilməlidir.