Xəbər verdiyimiz kimi, bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.
Siyahıda gənclər və idman naziri Fərid Qayıbov yer almayıb.
Bununla da, ötən seçkidə vitse-prezident seçilən nazir bu vəzifəsini itirib.
Onu bu postda isə güləş üzrə Olimpiya çempionu Fərid Mansurov əvəz edib.
Qeyd edək ki, ötən dəfə vitse-prezident seçilən digər şəxslər - Çingiz Hüseynzadə və Zemfira Meftahətdinova yenidən bu vəzifəyə seçiliblər. /Qafqazinfo.az/