Milli Məclisin keçmiş deputatı, yazıçı, professor Hüseynbala Mirələmovun oğlu Fuad Mirələmovun Yasamal Bələdiyyəsindəki yeni vəzifəsi məlum olub.
1xeber.media Teleqraf-a istinadən xəbər verir ki, o, adıçəkilən rayon bələdiyyəsinin sədr müavini seçilib.
Bildirilib ki, bələdiyyənin ilk iclası keçirilib. Toplantıda bələdiyyə üzvlərinin siyahısı oxunub və 19 nəfər üzvün iştirakı təsdiqlənib.
Tahir Məmmədov Yasamal Bələdiyyəsinin sədri seçilib. O, bundan əvvəl də həmin vəzifədə çalışıb.