1xeber.media xəbər verir ki, Finlandiyanın "Helsingin Sanomat" qəzeti və İsveçin "Aftonbladet" nəşri yazıb ki, İsveç və Finlandiya Ukrayna ilə bağlı
məsələləri müzakirə etmək üçün öz parlamentlərinin iclaslarını çağırıb.
Aftonbladet yazır ki, İsveçin xarici işlər naziri Mariya Malmör Stenerqaard Ukrayna məsələsini müzakirə etmək üçün parlamentin fövqəladə çağırışını elan edib. Stenergaard Ukraynaya dəstəyin İsveçin xarici siyasətində əsas prioritet olduğuna diqqət çəkib.
Nəşr nazirin sözlərindən sitat gətirir: “Bu çox ciddi vəziyyətdə biz İsveçdə bir araya gəlib Ukrayna ətrafında birləşmək lazımdır”.