Vaşinqton belə bir qərar verərsə, Avropa İttifaqı (Aİ) ölkələri anti-Rusiya sanksiyalarını ləğv etmək məcburiyyətində qalacaq.
1xeber.media xəbər verir ki, bunu Avropa Parlamentinin fransalı üzvü Tyeri Mariani Səudiyyə Ərəbistanında Rusiya-Amerika danışıqlarının yekunları üzrə deyib.
“Aİ bu gün Vaşinqtonda nə qərar veriləcəyini gözləyir. O, sanksiyaları ləğv etmək qərarına gəlsə, Aİ onun qərarına əməl etməyə məcbur olacaq. Əks halda, onlar yenə də tarixin kənarında qalacaqlar”, - RİA Novosti Avropa Parlamentinin deputatından sitat gətirir.
O, həmçinin əlavə edib ki, Ukrayna qətiliklə NATO-ya üzv olmayacaq və Aİ-yə daxil olmayacaq.