Fransanın baş naziri Fransua Bayru Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın təmaslarından qəzəblənib, çünki Avropa iki lider arasında dialoqdan kənarda qalıb.
1xeber.media xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
“Biz Putin və Tramp arasında Avropanı öz ərazisində marginallaşdıran ağlasığmaz ittifaqın şahidi oluruq. "Avropa İttifaqının bu məsələdə zəifliyini görmək dəhşətlidir" deyə hökumət başçısı qəzəbləndi.
Bayru onu da vurğulayıb ki, Avropa ölkələrinin Ukraynaya yardım göstərilməsi məsələsi ilə bağlı Parisdə keçirilən görüşü heç bir irəliləyişlə nəticələnməyib və nəticəsiz başa çatıb.
Bundan əvvəl fransız siyasətçisi və Patriotlar partiyasının lideri Florian Filippot Ukrayna üzrə Avropa sammitinin Fransa prezidenti Emmanuel Makron üçün böyük fiasko olduğunu bildirib. O, həmçinin vurğulayıb ki, Fransa liderinin strategiyası əks effekt verir, çünki o, Ukraynaya qoşun yeritmək məsələsini irəli sürməklə Parislə müttəfiq ölkələri özündən uzaqlaşdırır.