Abxaziyada prezident seçkilərinin ikinci turu martın 1-nə təyin edilib.
1xeber.media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Dmitri Marşan məlumat verib.
“Abxaziya Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə Abxaziya Respublikası Prezidentinin seçkiləri üzrə təkrar səsvermə 2025-ci il martın 1-nə təyin edilib”, - məlumatda deyilir.