Tanınmış teleaparıcı yeni vəzifəyə təyin olunub.
1xeber.media xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, Vüsalə Səid Naxçıvan Muxtar Respublikası Televiziya və Radio verilişləri QSC-nin Xəbərlər departamentinin rəhbəri təyin olunub.
Qeyd edək ki, V.Səid bir müddət əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsindən ayrılıb.
O, uzun müddət AzTV və İTV-də fəaliyyət göstərib.