Bakının Yasamal rayonunda yerləşən “Nuxa” restoranın fəaliyyəti dayandırılıb.
1xeber.media qafqazinfo-ya istinadən xəbər verir ki, restoranın sahibi hazırda həbsdə olan və “qumar kralı” kimi tanınan Yusif Baqıyev (Şəkili) olub.
Qeyd edək ki, Yusiq Baqiyev Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) və 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.