TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva ilə bağlı AFN.az-a olduqca ciddi məlumatlar daxil olub.
Bildirilir ki, Nəzrin Mustafayeva müdafiə sənayesi naziri Vüqar Mustafayevin həyat yoldaşıdır. Bu, əslində normal haldır, nazir, məmur xanımının haradasa işləməsi, vəzifə tutması qanunla qadağan deyil. Lakin məsələ ondadır ki, iddialara görə, N.Mustafayevanın nazir xanımı olması TƏBİB-dəki fəaliyyətinə təsirsiz ötüşmür.














