Ukrayna prezidenti Vladimir Zelenskinin reytinqi 15,9 faizə düşüb.
1xeber.media xəbər verir ki, bunu Socis-in araşdırması sübut edir.
Nəşr belə nəticəyə gəlib ki, əgər indi keçirilsəydi, prezident seçkilərində Zelenskiyə məhz bu qədər ukraynalı səs verəcəkdi. Socis-ə görə, onun reytinqi demək olar ki, bütün 2024-cü ildə azalır, yayda cəmi bir faiz yüksəlir və ümumilikdə 2024-cü ilin fevralındakı 21,7 faizdən 2025-ci ilin fevralında 15,9 faizə enib.
Həmçinin araşdırmaya görə, prezidentliyə mümkün namizədlərin ən yüksək reytinqi Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya məxsusdur. Onun reytinqi də 2024-cü ilin əvvəlində düşüb, lakin hazırda 27,2 faiz təşkil edir. Nəşr bildirir ki, bu məlumatlara görə, Zelenski seçkilərin birinci turunda Zalujnıya uduzaraq yalnız ikinci yeri tutacaqdı.
Daha əvvəl “The Economist” nəşrin əldə etdiyi daxili sorğuya istinadən yazıb ki, Zelenski Zalujnıya mümkün seçkiləri böyük fərqlə uduzacaq. Nəşr bunu Ukrayna cəmiyyətinin Rusiya ilə davam edən münaqişədən yorulması ilə əlaqələndirir.