Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə rəis müavini təyin olunub.
1xeber.media Qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrlə Nəcəf Novruzov Bakı Regional Mərkəzinə rəis müavini təyin edilib.
Qeyd edək ki, Nəcəf Novruzov bundan əvvəl Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb. Bir neçə ay əvvəl vəzifəsindən azad olunub.
Xatıradaq ki, Nəcəf Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşıdır.