Ukrayna prezidenti Vladimir Zelenski qarşıdan gələn prezident seçkilərində uduzacağını bilir.
1xeber.media xəbər verir ki, bu barədə amerikalı sahibkar və ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bildirib.
“O, bütün Ukrayna KİV-lərinə nəzarəti ələ keçirməsinə baxmayaraq, uduzacağını bilir”, - o, X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.
Maskın sözlərinə görə, ukraynalılar öz prezidentlərinə xor baxırlar və onun milli mediada yüksək reytinqləri etibarlı deyil.