Ötən il Azərbaycanda neft kəməri vasitəsilə daşımaların həcmi 38,752 milyon ton olub.
1xeber.media Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 1 milyon ton və ya 2,5%, son 10 ilin göstəriciləri ilə müqayisədə isə 6,92 milyon ton, yaxud da 15,2% azdır.
Belə ki, Azərbaycanda neft kəməri vasitəsilə daşımaların həcmi 2023-cü ildə 39,753 milyon ton, 2015-ci ildə isə 45,672 milyon ton olub.
2015-2024-cü illərdə Azərbaycanda neft kəməri vasitəsilə daşımaların ümumi həcmi 398 milyon 663 min ton təşkil edib
Son 10 ildə Azərbaycanda neft kəməri vasitəsilə daşımaların həcmi aşağıdakı cədvəldə göstərilib.