Ağdərə rayonunda mina hadisəsi baş verib.
1xeber.media yerli müxbiri xəbər verir ki, hadisə Ağdərə rayon Sırxavənd kəndi ərzində qeydə alınıb.
Belə ki, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyyəti cəlb edilib.
Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.