Yuxarı Lars keçid məntəqəsində 743-yə yaxın erməni yük maşını növbə gözləyir.
1xeber.media xəbər verir ki, bu barədə Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzi məlumat yayıb.
Ümumilikdə növbədə 2746 yük avtomobili var.
Fevralın 17-nə keçən gecədən Gürcüstanda pisləşən hava şəraiti ilə əlaqədar Lars yolu bağlanıb.
Qeyd edək ki, Yuxarı Lars yolu Ermənistanı Gürcüstan ərazisindən Rusiya ilə birləşdirən yeganə quru yoludur.
(Axar.az)