"Ukraynada sülh naminə və ya NATO-ya üzvlük qarşılığında postumu tərk etməyə hazıram".
1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Bundan əlavə, Zelenski danışıqlar və müharibənin sonlandırılması ilə bağlı fikirlərini də bölüşüb:
- Ukrayna, Avropa, ABŞ və Rusiya danışıqlar prosesdə əsas iştirakçılar olmalıdır.
- İstəyirəm ki, Tramp müharibəni mümkün qədər tez bitirsin.
- Sabah vacib bir sammit keçiriləcək, bəlkə də bu, dönüş nöqtəsi olacaq. 13 tərəfdaş şəxsən iştirak edəcək, 24-ü isə onlayn qoşulacaq.