Kanada rusiyalı jurnalist və teleaparıcı Vladimir Poznerə qarşı sanksiyalar tətbiq edib.
1xeber.media xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi saytında məlumat verilir.
Bundan əvvəl, fevralın 24-də Avropa İttifaqının (Aİ) komediya aktyoru Mixail Qalustyan və teleaparıcı Yuliya Baranovskayaya qarşı sanksiyalar tətbiq etdiyi məlum olub. Aİ-nin saytında dərc olunan sənəddə onların “Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə xələl gətirən və təhdid edən hərəkətləri dəstəklədikləri” iddia edilir.
Bundan əvvəl Avropa İttifaqı Lenta.ru və bir sıra digər Rusiya KİV-lərini sanksiyalar siyahısına əlavə edib. Aİ media orqanlarının yayım lisenziyalarını dayandırıb, lakin onlara araşdırma və müsahibələr aparmaq kimi digər fəaliyyətləri həyata keçirməyə icazə verib.