ABŞ prezidenti Donald Tramp martın 4-dən Meksika, Kanada və Çinə tariflərin tətbiqi qərarının qüvvədə qaldığını bildirib.
1xeber.media xəbər verir ki, Amerika lideri fevralın 27-də “Truth” sosial şəbəkəsində müvafiq bəyanatla çıxış edib.
“Martın 4-də qüvvəyə minməsi planlaşdırılan təklif olunan tariflər həqiqətən də planlaşdırıldığı kimi qüvvəyə minəcək. Çin də həmin tarixdən əlavə 10% tarifə tabe olacaq. 2 aprel qarşılıqlı tarif tarixi tam qüvvədə qalacaq”, o yazıb.
Tramp öz paylaşımında bu qərarın Meksika və Kanadadan ABŞ-a böyük miqdarda narkotik axınına görə verildiyini təkrar edərək, onların ölkəyə ciddi ziyan vurduğunu və milyonlarla amerikalının ölümünə səbəb olduğunu vurğulayıb.