Federasiya Şurasının sədri Valentina Matviyenko Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Rusiya lideri Vladimir Putinin ikitərəfli münasibətlər və beynəlxalq gündəmlə bağlı şifahi mesajını çatdırıb.
1xeber.media xəbər verir ki, bu barədə parlamentin yuxarı palatasının mətbuat xidməti məlumat yayıb.
Onların görüşü İstanbulda Rusiya nümayəndə heyətinin rəsmi səfəri çərçivəsində baş tutub.
“Federasiya Şurasının sədri Türkiyə dövlət başçısına Rusiya prezidenti Vladimir Putinin ikitərəfli münasibətlərə dair məsələlər və cari beynəlxalq gündəmə dair şifahi mesajını çatdırıb”, - deyə internet saytında dərc olunan məlumatda bildirilir.
SF sədri Ankarada Türkiyə parlamentinin nümayəndələri ilə də təmaslarını Ərdoğanla bölüşüb və prezidentlərin qəbul etdiyi qərarların icrasının irəlilədilməsi məsələsində birgə iş üzrə razılığın əldə olunmasından danışıb.
Matviyenko həmçinin Rusiya nümayəndə heyətinə göstərilən səmimi qəbula görə Türkiyə dövlət başçısına təşəkkür edib.