ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə danışdıqdan sonra milli təhlükəsizlik rəsmilərinə ABŞ-ın Ukraynaya cari silah tədarükünü müvəqqəti və ya tamamilə dayandıra biləcəyini öyrənməyi tapşırıb.
1xeber.media xəbər verir ki, bu barədə “The Wall Street Journal” yüksək vəzifəli administrasiya rəsmisinə istinadən məlumat yayıb.
O da bildirilir ki, iki prezidentin söhbətindən sonra Tramp administrasiyasının nümayəndəsi ABŞ tərəfindən verilən dolayı dəstəyi belə dayandırmağa qərar verə biləcəyini bildirib. Buraya “digər” hərbi maliyyələşdirmə növləri, kəşfiyyat məlumatlarının mübadiləsi, Ukrayna qoşunlarının və pilotlarının təlimi və Almaniyadakı ABŞ hərbi bazasında beynəlxalq yardımın idarə edilməsi üçün zəng mərkəzinin yerləşdirilməsi daxildir.