Xəzər dənizində hava şəraitinin pisləşməsi ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus Dəniz Nəqliyyatı Donanmasının və Xəzər Dəniz Neft Donanmasının gəmiləri lövbər dayanacaqlarına və sığınacaqlara göndərilib.
Bu barədə 1xeber.media sorğusuna cavab olaraq ASCO-dan məlumat verilib.
“Onların fəaliyyətlərinin axşam saatlarında bərpa ediləcəyi gözlənilir”, - ASCO-dan bildirlib.
Qeyd edək ki, hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında - 4, Aran rayonlarında - 3, Naxçıvan MR-da - 10, dağlıq rayonlarda isə - 20 dərəcəyədək şaxta qeydə alınıb.