Ağ Ev ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında mübahisədən sonra uğursuzluqla nəticələnən şam yeməyinin menyusunu açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə martın 1-də Ağ Evin aparat rəhbərinin müavini Den Skavino X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
Menyuya rozmarinlə bişmiş toyuq əti və pomidorlu yaz yaşıl salatının daxil olduğu bildirilir. Desertə krem-brule, müxtəlif giləmeyvə və sitrus peçenyeləri daxil olmalı idi.
Skavino deyib ki, Tramp şam yeməyindən imtina etməyib və boş yerlər olduğuna görə bir neçə komanda üzvünü masaya dəvət edib.