Qazaxıstanın Mangistau əyalətinin Baskuduk kəndində 7 nəfər dəm qazından zəhərlənib.
1xeber.media “Kazinform” agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində mənzildə olanların hamısı ölüb. Onlardan ikisi yetkinlik yaşına çatmayanlardır.
Müəyyən olunub ki, ölənlər Qazaxıstan Respublikasında müvəqqəti yaşayan Özbəkistan vətəndaşları olublar.
Hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.