ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putindən Tehranın nüvə proqramı ilə bağlı İranla mümkün danışıqlarda vasitəçi kimi çıxış etməsini istəyib.
1xeber.media xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
“Tramp fevral ayında telefon danışığında bu barədə birbaşa prezident Putindən soruşdu və onun administrasiyasındakı yüksək vəzifəli məmurlar bu məsələni bir neçə gün sonra Səudiyyə Ərəbistanında danışıqlarda rusiyalı həmkarları ilə müzakirə etdilər. Tramp administrasiyası Tehranın nüvə proqramı kimi məsələlərdə İranla əlaqə saxlayır”, - agentlik yazır.
Mənbələrin məlumatına görə, Rusiya lideri Ağ Ev rəhbərinin təklifini qəbul etməyə razılaşıb.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva ABŞ və İranın ikitərəfli münasibətlərdəki bütün problemləri danışıqlar yolu ilə həll edə bilməsi üçün mümkün olan hər şeyi etməyə hazırdır.