ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımı dayandırmaqla Kiyevi təslim olmağa sövq edir.
1xeber.media xəbər verir ki, bu barədə martın 4-də Ali Radanın Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin rəhbəri Oleksandr Merejko məlumat verib.
“İlk baxışda çox pis görünür. Deyəsən, o bizi təslim olmağa və Rusiyanın tələblərini qəbul etməyə sövq edir”, - deyə Reuters onun sözlərindən sitat gətirir.
Merejko həmçinin bildirib ki, ABŞ-ın bu hərəkətləri Ukraynaya böyük psixoloji və siyasi zərbə vurur.