Ukrayna hakimiyyəti ABŞ prezidenti Donald Trampın rəhbərliyi altında işləməyə hazırdır.
1xeber.media xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin qərarını X sosial şəbəkəsində açıqlayıb.
“Mən və komandam davamlı sülhə nail olmaq üçün Prezident Trampın güclü rəhbərliyi altında işləməyə hazırıq” deyə o yazıb.
Dövlət başçısı vurğulayıb ki, Kiyev Vaşinqtonun bunun üçün etdiyi hər şeyi yüksək qiymətləndirir və Ukrayna hakimiyyəti xatırlayır ki, ABŞ Donald Trampın ilk prezidentliyi dövründə respublikaya “Javelin” tank əleyhinə raket sistemləri təhvil verib. Bundan əlavə, Zelenski mümkün qədər tez danışıqlar masasına oturmağa hazır olduğunu vurğulayıb.