Rusiya lideri Vladimir Putin Tehranın nüvə proqramı ilə bağlı ABŞ-İran danışıqlarında vasitəçi kimi çıxış etməyə razılaşıb.
1xeber.media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin sözçüsü jurnalistin sualına “Ümumiyyətlə, bəli, belədir” deyə cavab verib.
Bundan əvvəl Bloomberg agentliyi Ağ Ev rəhbəri Donald Trampın Rusiya lideri Vladimir Putindən Tehranın nüvə proqramı ilə bağlı İranla mümkün danışıqlarda vasitəçi kimi çıxış etməsini istəyib. Mənbələrin məlumatına görə, Putin Trampın təklifini qəbul etməyə razılaşıb.
Agentlik həmçinin İran Xarici İşlər Nazirliyinə Moskvanın Tehran və Vaşinqton arasında vasitəçilik təklif edib-etmədiyini soruşub. İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, “ölkələrin öz yardımlarını təklif etməsi təbiidir”.