Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-la sakit danışıqlara qayıtmalıdır.
1xeber.media xəbər verir ki, bu barədə onun polşalı həmkarı Anjey Duda bildirib.
“Mən hesab edirəm ki, bu, ABŞ və Ukrayna arasında münasibətlərdə keçid vəziyyətidir, danışıqların dalana dirəndiyi müvəqqəti vəziyyətdir”, - Duda bildirib.
Polşa lideri bu “çətin vəziyyətin sona çatacağına” ümid etdiyini bildirib. O qeyd edib ki, o, ukraynalı həmkarını “Ukraynaya təkcə hərbi deyil, həm də siyasi dəstək mövzusunda ABŞ-la sakit danışıqlar aparmağa” çağırıb.