ABŞ nümayəndə heyəti Səudiyyə Ərəbistanına gedəcək və orada Ukrayna nümayəndələri ilə görüşəcək.
1xeber.media xəbər verir ki, Fox News-un jurnalisti Ceki Henrix sosial mediada qarşıdan gələn danışıqlar barədə məlumat verir.
“Trampın komandasının nümayəndələri Rubio, Witkoff və Waltz çərşənbə axşamı Zelenskinin ofisinin rəhbəri Yermak da daxil olmaqla, ukraynalılarla görüşmək üçün Ər-Riyada gedəcək”, – jurnalist yazıb.
Axios-un müxbiri Barak Ravid də mənbələrə istinadən xəbər verir ki, Amerika-Ukrayna danışıqları çərşənbə günü, martın 12-də Səudiyyə Ərəbistanının paytaxtında baş tutacaq.