NATO-nun baş katibi Mark Rutte gələn həftə ABŞ-a səfər edəcək.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals jurnalistlərlə söhbəti zamanı bildirib.
“NATO-nun baş katibi gələn həftə bizə səfərə gələcək” dedi.
Onun sözlərinə görə, Rutte ABŞ və Ukrayna nümayəndə heyətləri arasında gələn həftə Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda da iştirak edəcək. Belə ki, tərəflər Kiyevlə Moskva arasında silahlı münaqişənin həlli və sülhün əldə olunması üçün bir sıra təşəbbüsləri müzakirə edəcəklər.