ABŞ dövlət katibi Marko Rubio və nəqliyyat naziri Şon Daffi ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskla mübahisə edib.
1xeber.media xəbər verir ki, bu barədə The New York Times (NYT) yazır.
Nəşrin məlumatına görə, bu, Rubio və Daffinin amerikalı biznesmeni yalan danışmaqda ittiham etdikləri kabinet iclasında baş verib. Hökumətin iclası zamanı Mask rəsmiləri tənqid edib. O, dövlət katibi Rubionu tabeliyində olan heç kəsi işdən çıxarmamaqda ittiham edib. Sahibkarın sözlərinə görə, yeganə belə şəxs DOGE əməkdaşı olub.
Mübahisə zamanı ABŞ prezidenti Donald Tramp işə qarışaraq Rubionu müdafiə edib. Mask həmçinin Nəqliyyat Katibi Daffiyə Federal Aviasiya Administrasiyasının avadanlıqlarının vəziyyəti ilə bağlı məsləhətlər verib. Ticarət naziri Hovard Lutnik iş adamını dəstəkləyib.