1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonu və keçmiş müşaviri Brayan Huku sui-qəsd təhlükəsi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, təhlükəsizlik detallarından məhrum edib. Bu barədə New York Times (NYT) öz mənbələrinə istinadən xəbər verir.
Mənbələrə görə, yanvarın 21-də Hook və Pompeodan təhlükəsizlik götürülüb. Nəşrin yazdığına görə, ertəsi gün Tramp sui-qəsd təhlükəsi altında olan keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun təhlükəsizliyinin götürülməsinə göstəriş verib.
Nəşr qeyd edir ki, ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası İran tərəfindən davam edən təhdidlər barədə xəbərdarlıq edib. Trampın birinci dövründə Huk və Pompeo Amerikanın Tehrana qarşı aqressiv siyasətində mühüm rol oynayıblar.
Bundan əvvəl “The New York Times” Trampın 50 000-ə qədər Amerika dövlət işçisini işdən çıxara biləcəyini yazmışdı.