Səudiyyə Ərəbistanında danışıqlar zamanı Kiyev və Vaşinqton nümayəndə heyətləri mineral ehtiyatlara dair razılaşmanı, həmçinin suda və səmada atəşkəsi müzakirə ediblər.
1xeber.media xəbər verir ki, bu barədə Ukraynanın “Obşçestvennoe” nəşri görüşün gedişi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.
“Danışıqların birinci raundu Ukraynanın dənizdə və səmada atəşkəs təklifinə həsr olunub.
Həmçinin birinci hissədə nadir torpaq metalları üzrə sazişdən danışdılar. “Hazırda danışıqların ikinci raundu davam edir”, - nəşrin mənbəsi danışıqlarda müzakirə mövzularını açıqlayıb.