Rusiya prezidenti Vladimir Putin Ukraynada 30 günlük atəşkəs təklifi ilə razılaşa bilər, ancaq Moskvanın şərtləri müqaviləyə daxil edilərsə.
1xeber.media xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
"Rusiya lideri, çox güman ki, Ukrayna ilə atəşkəs üçün mümkün şərtlərlə razılaşacaq, lakin o, Rusiyanın şərtlərinin müqaviləyə daxil ediləcəyinə əvvəlcədən əmin olmaq istəyir", - agentlik yazır.