Rusiya Ukraynada 30 günlük atəşkəs təklifini rədd edərsə, bu qərar çox şey deyər.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Makro Rubio bildirib.
“Əgər Rusiya “yox” desə, o zaman biz hər şeyi araşdırıb onların əsl niyyətlərinin nə olduğunu öyrənməli olacağıq. "Düşünürəm ki, əgər onlar imtina etsələr, bu, bizə onların məqsədləri və düşüncə tərzi haqqında çox şey söyləyəcək", - Amerika Dövlət Departamentinin rəhbəri qeyd edib.
Eyni zamanda, Rubio vurğulayıb ki, Vaşinqton Moskvanın cavabını səbirsizliklə gözləyir və “bütün hərbi əməliyyatlara son qoymaq imkanlarını nəzərdən keçirməyə çağırır”.
Martın 11-də Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ-ın yüksək səviyyəli nümayəndə heyətləri arasında danışıqlar olub. Görüşün əsas nəticəsi Kiyevin Vaşinqtonun münaqişə tərəflərinin qarşılıqlı razılığı ilə uzadıla bilən 30 günlük müvəqqəti atəşkəs tətbiq etmək təklifini qəbul etməsi olub.